İQTİSADİYYAT


Vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün müsabiqə yekunlaşıb

Vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün müsabiqə yekunlaşıb

Bakı, 9 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün keçirilmiş müsabiqə başa çatıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, test imtahanından uğurla keçmiş 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələ olan müsahibəyə buraxılıb.

2022-ci il dekabrın 5-dən etibarən dövlət vergi orqanlarında işə qəbulla bağlı müsahibələrin keçirilməsinə başlanılıb. Müsahibələr mərhələli şəkildə keçirilib və namizədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada öncədən məlumat verilib. Müsabiqədə 90 namizəd müsahibə mərhələsini uğurla başa vurub. Bununla da, müsabiqə tam başa çatıb və nəticələr artıq Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyat bazasına daxil edilərək mütəmadi olaraq yaranacaq vakant vəzifələrə təyin olunacaqlar. Namizədlərin dövlət vergi orqanlarının kadr ehtiyat bazasında saxlanılma müddəti 2 ildir.

Müsabiqənin nəticələri ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/post/2336.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.