İQTİSADİYYAT


Vergi orqanlarının apardıqları nəzarət tədbirlərinin sayı azalıb

Bakı, 23 fevral, AZƏRTAC

Ötən il vergi orqanları tərəfindən 15 min 612 nəzarət tədbiri keçirilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq aparılan bu tədbirlər nəticəsində 20,8 milyon manat maliyyə sanksiyası hesablanıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergiödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində hər tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min manat sanksiya tətbiq edildiyi halda, keçən il bu göstərici 9,3 dəfə azalaraq 66 olub. Tətbiq edilən sanksiyaların məbləği isə 5,2 dəfə artaraq 3 milyon 891,6 min manata çatıb.

Xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2018-ci ildə 130 faiz artaraq 769 manatdan 1767 manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.