Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergi orqanlarının fəaliyyəti və digər aktual mövzular müzakirə olunub

Vergi orqanlarının fəaliyyəti və digər aktual mövzular müzakirə olunub

Bakı, 1 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

DVX-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Vergi Xidmətinin fəaliyyəti və vergitutma sahəsində maraq doğuran məsələlər, İctimai Şuranın fəaliyyət istiqamətləri və ictimai iştirakçılıq prosesinə verə biləcəyi töhfələr müzakirə edilib.

Xidmətin rəisi İctimai Şura ilə əməkdaşlıqla bağlı fikirlərini bölüşüb, vergi sistemində aparılan islahatlar, xidmətin rəqəmsal imkanları, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə iştirakçılara məlumat verib.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi yanında yaradılmış İctimai Şura nazirliyin və onun strukturuna daxil olan qurumların fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsinə mühüm töhfə verəcək bir institutdur. Şuranın effektiv fəaliyyəti icra orqanlarının fəaliyyətində şəffaflığın, ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır.

DVX rəisi İctimai Şuranın və ictimai əməkdaşlığın faydasını vurğulayaraq xidmətin sahibkarlıq assosiasiyaları, ictimai birliklər və ekspertlərlə geniş iş təcrübəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi ilə bağlı islahatların həyata keçirilməsi zamanı, eləcə də vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində hər zaman ictimai məsləhətləşmələrə önəm verilib.

DVX-də müasir rəqəmsal alətlərin və analitik potensialın mövcud olduğunu qeyd edən O.Nəzərli gələcəkdə vergiödəyicilərinə xidmət sahəsində nəzərdə tutulan rəqəmsal yeniliklər barədə də məlumat verib.

Bildirilib ki, Dövlət Vergi Xidməti iqtisadi prosesləri, xüsusilə də iqtisadiyyatda “ağarma indikatorları”nı yaxından təhlil edir. Son illərdə vergiödəyicilərin əməliyyatları üzrə risk səviyyələrini təhlil və müəyyən edən müxtəlif rəqəmsal alətlərdən istifadə olunur, vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılması prosesinə xüsusi önəm verilir. 2022-ci ildə vergiödəyicilərinə xidmət sahəsində bir sıra yeniliklərin tətbiqinə diqqət çəkən DVX rəisi onların daha çox kiçik və orta sahibkarlığın vergi öhdəliklərinin icrası, vergi hesabatlarının göndərilməsi prosesinin sadələşdirilməsinə istiqamətləndiyini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İctimai Şuranın sədri Ədalət Muradov cəmiyyət həyatının inkişafı baxımından Şuranın əhəmiyyəti və əsas fəaliyyət istiqamətləri barədə danışıb.

Qeyd olunub ki, Şuranın fəaliyyəti əsasən cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir. Hazırda Şuranın tərkibində şəffaflığın, hesabatlılığın təmin edilməsi, peşəkar birliklər, QHT-lərlə kommunikasiya, rəy və təkliflərin hazırlanması və ümumiləşdirilməsi üzrə dörd İşçi Qrupu fəaliyyət göstərir.

Tədbir müzakirələrlə davam etdirilib, İctimai Şura üzvlərini narahat edən, həmçinin vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şura üzvlərindən Azərbaycan Banklar Assosiasiyasının sədri, İctimai Şuranın sədr müavini Zakir Nuriyev bank sektorunda mövcud olan vergi məsələləri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, Şuranın katibi Fərhad Qaraşov kənd təsərrüfatı istehsalçılarının rastlaşdığı bir sıra çətinliklər, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva vergi uçotu, mənfəət və xərclərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər, “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Rəşad Həsənov yerli əczaçılıq sənayesinin inkişafı üçün zəruri olan vergi təşviqləri, “Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin rəhbəri Əliməmməd Nuriyev mikrosahibkarlığın vergi uçotu məsələləri, “Rieltorlar assosiasiyası” İctimai Birliyinin rəhbəri Elnur Azadov əmlakın kirayə verilməsi sahəsində mövcud olan çətinliklər barədə fikirlərini bölüşüblər.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, xidmətin rəis müavini Samirə Musayeva, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərə müvafiq şərhlər veriblər, bir sıra təkliflərin üzərində Şura üzvləri ilə birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi razılaşdırılıb.

İctimai Şuranın sədri Ədalət Muradov Şuranın səmərəli fəaliyyətinin biznes və cəmiyyət üçün faydalı olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, nazirliyin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda və ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar iqtisadiyyat nazirinin müvafiq əmri ilə 2021-ci il iyulun 10-da yaradılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

İtaliyada 4 bal gücündə zəlzələ olub

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir

“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik

İngiltərədə partlayış baş verib

Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünün şərtlərini açıqlayıb

NASA-nın nümayəndəsi: “Bakıdakı belə möhtəşəm sərgidə iştirak etməkdən məmnunam

Cənubi afrikalı mütəxəssis: Biz Azərbaycandakı sənaye tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq

Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib

Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

“Azərkosmos” rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-5 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik