İQTİSADİYYAT


Vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması məsələləri müzakirə edilib

Bakı, 28 iyun, AZƏRTAC

Bakıda vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib.

Azərbaycanda Amerika Ticarət Palatasından ("AmCham Azərbaycan") AZƏRTAC-a bildiriblər ki, "AmCham Azərbaycan"ın və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Vergi sahəsində qarşılıqlı etimad" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, "AmCham Azərbaycan"ın rəhbərliyi və təşkilata üzv olan şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergiödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.