İQTİSADİYYAT


Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı müzakirələr aparılıb

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı müzakirələr aparılıb

Bakı, 13 mart, AZƏRTAC

“Facemark” və “Good Finance” şirkətinin təşkilatçılığı ilə mühasiblər, biznes nümayəndələri və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə “Vergi və mühasibatlıq zirvəsi” mövzusunda müzakirələr keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20-yə yaxın spikerin məruzələri 4 paneldə dinlənilib. Panellər “Mühasibatlıq və rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası”, “Maliyyə hesabatları və audit”, “Vergi riskləri” mövzularını əhatə edib.

Zirvənin “Vergi riskləri” panelində iştirakçıların işğaldan azad edilmiş ərazilərdə verilən güzəştlərin əhatə dairəsi, uyğunsuzluq məktublarının və bəyannamə formalarının təkmilləşdirilməsi, riskli vergiödəyicisi ilə bağlı meyarlar, bank hesabında sərəncam olan vergiödəyiciləri tərəfindən vergi öhdəliklərinin dəqiqləşdirilməsi məsələləri ilə bağlı sualları DVX-nin nümayəndələri tərəfindən cavablandırılıb.

Həmçinin iştirakçılar tərəfindən əməliyyatların rəsmiləşdirilməsi ilə bağlı səsləndirilən çətinliklər, o cümlədən mal satışı ilə bağlı satıcılar tərəfindən sənəd təqdim edilməməsi, bir sıra hallarda, xüsusilə regionlarda fəaliyyət göstərən vergiödəyiciləri tərəfindən malların sənədlə alışından imtina edilməsi, sənədsiz alış zamanı malların dəyərinin bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilməsi və bir sıra aktual məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.