İQTİSADİYYAT


Vergi qanunvericiliyinə dair təkliflər müzakirə edilib

Bakı, 15 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə keçirdiyi görüşlər davam edir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbir Azərbaycan Banklar Assosiasiyasının və DVX-nin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil edilib. Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə assosiasiya tərəfindən vergi qanunvericiliyində dəyişiklik edilməsi məqsədilə verilən təkliflər müzakirə olunub.

Tədbirdə maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə xidmət göstərilən zaman yerli normativ-hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi məqsədilə təqdim olunması nəzərdə tutulan məlumat formalarının doldurulması və göndərilməsi prosesində yaranan çətinliklər dinlənilib və müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.