İQTİSADİYYAT


Vergi sahəsində bağlanmış 94 beynəlxalq müqavilənin 55-i ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlıdır

Bakı, 27 iyul, AZƏRTA

Vergi orqanları tərəfindən investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində işlər davamlı olaraq aparılır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qloballaşan iqtisadiyyatda ölkəyə birbaşa investisiyaların cəlb edilməsində ikiqat vergitutmanın aradan qaldırılması sazişlərinin əhəmiyyəti böyükdür. Belə ki, qeyri-rezidentlər ölkəyə investisiya yatırmazdan əvvəl onların həmin ölkədə əldə etdikləri gəlirlərin iki dəfə vergiyə cəlb edilməsini aradan qaldıracaq müvafiq beynəlxalq müqavilələrin mövcudluğuna önəm verirlər. Bu baxımdan, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər üzrə xarici ölkələrin səlahiyyətli orqanları ilə danışıqların aparılması, saziş layihəsinin maddələrinin ölkənin iqtisadi mənafeyinə uyğun qarşı tərəflə tam razılaşdırılması vergi orqanlarının işinin əsas prioritetlərindəndir.

Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanıb və onlardan 55-i ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlərdir.

“2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası Azərbaycanda biznes mühitinin inkişafı üçün yeni mərhələ olacaq. Sənəddə investisiyalar üçün əlverişli vergi şərtlərinin tətbiqi və stimulların verilməsi nəzərdə tutulub. Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimadın daha da artması ilə xarici investorların ölkə iqtisadiyyatında fəallığı genişlənəcək və nəticədə ölkəmizə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.