İQTİSADİYYAT


Vergi sistemində islahatlarla bağlı məlumatlandırma kampaniyası başlayacaq

Vergi sistemində islahatlarla bağlı məlumatlandırma kampaniyası başlayacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Vergiödəyiciləri ilə qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı, dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması vergi orqanlarının daim diqqət mərkəzindədir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu münasibətlər vergi orqanları ilə biznes strukturları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində və vergiödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir.

Bununla yanaşı, vergi sistemində islahatlarla bağlı böyük bir məlumatlandırma kampaniyasının aparılması, işgüzar cəmiyyəti, biznesi narahat edən məsələlərlə bağlı təkliflərin alınması (“feedback” sistemi) məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.

Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.