İQTİSADİYYAT


Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas altindikator üzrə aparılacaq

Bakı, 7 oktyabr, AZƏRTAC

Dünya Bankı Qrupunun yeni “Əlverişli biznes mühiti” layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönələn, keyfiyyətcə yeni yanaşmalar əsasında qurulan bir dəyərləndirmə prosesidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyini 3 mərhələdən ibarət olmaqla 10 indikator əsasında qiymətləndirir. Bu indikatorlardan biri də vergitutma ilə bağlı məsələlərdir.

Hər indikator üzrə aidiyyəti İşçi qruplar tərəfindən konsepsiya komponentləri əsasında müvafiq sahələrin, o cümlədən vergitutma sahəsinin ilkin qiymətləndirməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşmə imkanları müəyyən edilib, Yol Xəritələri və diaqnostika matrisaları tərtib edilib.

İşçi Qrup tərəfindən tərtib edilmiş “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaların və təcrübələrin tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, orta müddətli dövrdə həyata keçiriləcək təşəbbüslərin ictimaiyyətin və vergiödəyicilərinin diqqətinə çatdırılması, habelə gələcək dövrün fəaliyyətləri barəsində əhalinin məlumatlandırılmasından ibarətdir.

Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas altindikator –- “Vergi qaydalarının keyfiyyəti”; “Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər” və “Vergi yükü və vergi sistemlərinin səmərəliliyi” üzrə aparılacaq.

“Vergi qaydalarının keyfiyyəti indikatoru” çərçivəsində vergi müddəalarının aydınlığının təmin edilməsi, sorğuların keçirilməsi mexanizmlərinin və intensivliyinin müəyyən edilməsi və vergi qaydalarının yaradılmasında şəffaflıq prosesləri dəyərləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.