İQTİSADİYYAT


Vergi və gömrük rüsumlarının ödənilməsi yalnız nağdsız qaydada aparılmalıdır

Bakı, 7 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.1-ci maddəsinə əsasən, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu maddənin tələbini pozduqda isə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu halda maliyyə sanksiyası lizinq verən şəxsə (lizinq əməliyyatları üzrə borcların ödənişinin nağd qaydada aldığı üçün) və kreditləri nağd qaydada verdiyi üçün kredit verənə tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.