İQTİSADİYYAT


Vergidənyayınmaya qarşı mübarizə tədbirləri gücləndirilir

Bakı, 28 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən vergidənyayınma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu dəyişikliklər bir sıra yenilikləri özündə ehtiva edir. Sözügedən dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə, eləcə də POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyaları tətbiq ediləcək və ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim olunacaq.

Eyni zamanda, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyasının tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələbləri dəqiqləşdiriləcək.

Bu yeniliklərə, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin və vergi nəzarətinin təkmilləşdirilməsi də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.