İQTİSADİYYAT


Vergilər Nazirliyi Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı müzakirə edib

Bakı, 15 aprel, AZƏRTAC 

Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.