İQTİSADİYYAT


Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib.

AZƏRTAC Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə yanvarın 31-dən fevralın 20-dək qəbul ediləcək. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, elektron ərizə vermiş namizədlər martın 27-dən 29-dək (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi, 16) götürməlidirlər.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsi martın 30-da Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısının yanvarın 10-dan nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılması qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.