İQTİSADİYYAT


Vergilər Nazirliyi proqnoza 110,4 faiz əməl edib

Bakı, 22 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vergi yığımı daxil olub və proqnoza 110,4 faiz əməl edilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 236,4 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 30,9 faizi neft-qaz sektorunun, 69,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.