İQTİSADİYYAT


Vergilər Nazirliyində yaradılan departament müraciətlərə baxılmanın təkmilləşdirilməsinə xidmət edir

Bakı, 11 oktyabr, AZƏRTAC

Son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.

Bildirilib ki, bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi isə müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir, həmçinin vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur.

Yeniliyin digər başlıca mahiyyəti isə çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir.

Bununla da, yeni yaradılmış departament müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.