Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi üzrə audit keçirilib

Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi üzrə audit keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, rayonlar səviyyəsində ayrı-ayrı tədiyə növləri üzrə proqnozların bir sıra hallarda əhəmiyyətli kəsirlərlə və əhəmiyyətli artımlarla yerinə yetirilməsi vergi intizamının təmin olunmaması ilə yanaşı, bəzi hallarda proqnozların da tam şəkildə əsaslandırılmadığını göstərib, belə hal kimi ƏVİ-nin nəzarət əhatəsinə daxil olan rayonlar da spirtli içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin fəaliyyət göstərməsinə baxmayaraq 2014-cü və 2015-ci illər üzrə aksiz vergisi proqnozlarının müəyyən edilməməsi, lakin 2015-ci il ərzində 701,1 min manat aksiz vergisinin hesablanması və 536,2 min manat aksiz vergisinin dövlət büdcəsinə daxil olmasi faktı müəyyən edilib.

Obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (əsasən Bakı şəhərində və Abşeron rayonunda) yerləşən bir sıra aktiv vergi ödəyicilərinin bəyannamələrində dövriyyələrin göstərilməməsi, digərləri üzrə isə dövlət büdcəsinə hesablanıb və ödənilmiş vergi məbləğlərinin azalması səbəbləri araşdırılmayıb.

Vergi Məcəlləsinin 85.4-cü maddəsinə (vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər) istinad edilməklə 16 vergi ödəyicisi üzrə silinmiş vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan tədbirlər vaxtında tam şəkildə həyata keçirilməyib, o cümlədən əksər vergi ödəyicilərinin əmlaklarının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə son yazışmaların tarixləri əvvəlki dövrlərə təsadüf etməklə müvafiq icra hakimiyyəti orqanlarının yalnız yerli strukturları ilə aparılıb, həmin qurumların mərkəzi aparatları ilə dəqiqləşdirilməyib, borcları silinmiş bir sıra vergi ödəyicilərinə aktivlərinin olub-olmaması barədə sorğular göndərilməyib, sorğuları cavablandırmayan vergi ödəyicilərinə isə Vergi Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyaları tətbiq edilməyib.

Eyni zamanda, borcların vergi ödəyicilərinin əmlaklarına yönəldilməsi hesabına dövlət büdcəsinə təmin edilməsi məqsədilə açılmış qərarlardan auditlə əhatə olunan dövrün sonuna icra edilməmiş qərarların sayı 516, həmin qərarlar üzrə ümumi borcun məbləği isə 742,0 min manat təşkil edib, bir sıra hallarda əmlakın siyahıya alınması barədə qərarların icrası zamanı əmlakın siyahıya alınması ardıcıllığına riayət olunmayıb, o cümlədən dövlət büdcəsinə borcu olan ictimai iaşə və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üzrə nağd pul vəsaitlərinin siyahıya alınması təmin edilməyib, məhkəmə hökmləri ilə təmin edilmiş dövrdə dövlət büdcəsinə vəsait daxil olmayıb.

Gəlirdən çıxılan xərclərin tərkibində əsasən xammal-material və malın dəyəri xərclərinin xüsusi çəkisinin yüksək olması səbəbindən bir sıra mənfəət vergisi (illik gəlir vergisi) ödəyicilərinin ümumi rentabellik səviyyəsi aşağı olub, eyni zamanda, zərərlə fəaliyyət göstərdikləri bəyan olunan vergi ödəyiciləri üzrə də mövcud olan müxtəlif məlumatlar vergi nəzarəti qaydasında üzləşdirilməyib, uyğunsuzluqların səbəbləri müəyyənləşdirilməyib və aradan qaldırılmayıb, bir sıra hüquqi şəxslər üzrə hesablanmış əməkhaqqı məbləğləri mənfəət vergisinin bəyannamələrində ümumi gəlirdə çıxılmaların tərkibində əməkhaqqı xərcləri kimi göstərilməyib, eyni zamanda, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergilərin hesablanmaması halları da mövcud olub ki, bu, hüquqi şəxslərdə də operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi təmin edilməyib.

Auditin nəticələri ümumiləşdirilərək ayrı-ayrı rayonların gəlirləri üzrə proqnozların icrasının, əsasən, həmin rayonların ərazilərində fəaliyyət göstərən vergi ödəyicilərinin vergiləri hesabına ödənilməsinin təmin olunması, rayonlar səviyyəsində ayrı-ayrı tədiyə növləri üzrə proqnozların tam şəkildə əsaslandırılması, obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (xüsusilə Bakı şəhərində və Abşeron rayonunda) yerləşən vergi ödəyiciləri, eləcə də ümumi rentabellik səviyyəsi aşağı olmuş mənfəət vergisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisi ödəyiciləri, eləcə də zərərlə fəaliyyət göstərdikləri bəyan olunan vergi ödəyiciləri üzərində nəzarətin gücləndirilməsi zəruri hesab edilib.

Hesablama Palatasının kollegiyası tərəfindən auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanlar, onların aradan qaldırılması, hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qəbul edilmiş kollegiya qərarının surəti, eləcə də müvafiq məktublar aidiyyəti dövlət qurumlarına göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO