İQTİSADİYYAT
Vergilər Nazirliyinin əməkdaşları təltif edilib

Bakı, 9 fevral, AZƏRTAC
Vergilər Nazirliyinin bir qrup əməkdaşı təltif olunub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev fevralın 9-da “Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Vergilər Nazirliyinin bir əməkdaşı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 6 nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, iki nəfər 2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 6 nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 4 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ölkə başçısının digər sərəncamları ilə, bir nəfərə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi, bir nəfərə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi, bir nəfərə isə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib.