Vergilər Nazirliyinin xətti ilə büdcəyə səkkiz ayda 5 milyard manata yaxın vəsait ödənilib
AzerTAg.az
Bakı, 10 sentyabr (AZƏRTAC). Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödənilən vəsait 4 milyard 844 milyon 901 min manat təşkil edib. Bu məbləğin 33,9 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,7 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qeyri-neft və qaz sektorları üzrə büdcəyə 2 milyard 769 milyon 16,5 min manat vəsait köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.
Hesabat dövründə respublika üzrə 54285 vergi ödəyicisi qeydiyyata alınıb. Bununla da vergi ödəyicilərinin ümumi sayı 585584-ə çatıb.
İlin səkkiz ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8 faiz təşkil edib.
Xəbərin mətnində orfoqrafik səhv var