İQTİSADİYYAT
“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının və iş adamlarının iştirakı gözlənilir.
Forumun təşkilində məqsəd Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparmaqdır. Həmçinin məqsəd dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri və onun gələcək perspektivləri, həyata keçirilən islahatlar və onların nəticələri, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində iş adamlarının, ictimaiyyət nümayəndələrinin təkliflərini dinləməkdən ibarətdir.