REGİONLAR


Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu il oktyabrın 20-də vergilər naziri Fazil Məmmədov Ağcabədi rayon Vergiödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu (021-225-25-52), mobil (050-330-77-55), 11 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Eyvazlı Fuad Ədalət oğlu, əlaqə telefonu (055-654-04-72), Ağcabədi Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Əbilov Anar Yusif oğlu, əlaqə telefonu (050-462-95-00), İmişli Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Əmiraslanov Ruslan Əliağa oğlu, əlaqə telefonu: (021-246-62-27), mobil (050-445-95-55), Bərdə Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kərimov Sakir Dilən oğlu, əlaqə telefonu (050-350-87-86) və Tərtər Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Tağıyev İsrafil İsa oğlu, əlaqə telefonu (050-319-44-37) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.