REGİONLAR


Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib

Bakı, 27 may, AZƏRTAC 

Mayın 25-də Vergilər naziri Mikayıl Cabbarov Göyçay şəhərində 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşların əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.