REGİONLAR


Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edib

Sumqayıt, 27 avqust, AZƏRTAC

Avqustun 27-də vergilər naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayon sakinləri iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ünvanlayıblar.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.