REGİONLAR
Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək
Bakı, 16 aprel, AZƏRTAC
Vergilər naziri Mikayıl Cabbarov aprelin 19-da 11 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Nizami küç. 14) Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Nazirliyin Media və kommunikasiya xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar aprelin 16-18-də 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.