REGİONLAR
Vergilər naziri Zaqatala, Balakən və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edib VİDEO
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul sentyabrın 18-də vergilər naziri Fazil Məmmədov tərəfindən Zaqatala şəhərindəki 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Qəbul zamanı 40-dan artıq vətəndaşın müraciəti dinlənilib.
Müraciətlər əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət- kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olub.
Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll edilib. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razı qaldıqlarını bildiriblər.