REGİONLAR
Vergilər nazirinin birinci müavini Neftçalada vətəndaşları qəbul edəcək
Bakı, 18 iyul, AZƏRTAC
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov iyulun 24-də Neftçala rayonundakı Vergiödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti 35) Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 19-22-də Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]