REGİONLAR


Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək

Bakı, 18 iyun, AZƏRTAC

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov iyunun 21-də Ucar şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti, döngə 2.) Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyunun 18-20-də Göyçay şəhərində yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinə, həmçinin Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon Vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun şəkildə ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.