REGİONLAR


Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edəcək

Bakı, 9 dekabr, AZƏRTAC 

Vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 13-də Astara şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (Heydər Əliyev küçəsi, 34) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 9-11-də Lənkəran şəhəri 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin "195-1" Çağrı mərkəzinə zəng etməklə və ya “[email protected]”  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.