REGİONLAR


Vergilər nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Vergilər nazirinin müavini Mətin Eynullayev Cəlilabad şəhərində Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergi qanunvericiliyinin tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi orqanlarında işlə təmin olunma, habelə vergi inzibatçılığı sahəsində vergiödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.