REGİONLAR


Vergilər nazirinin müavini Gədəbəydə vətəndaş qəbulu keçirəcək

Bakı, 20 avqust, AZƏRTAC

Vergilər nazirinin müavini Mətin Eynullayev cari il avqustun 26-da Gədəbəy şəhərində yerləşən vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: 20 Yanvar küçəsi, Kapital Bankın filialının yaxınlığında) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən şəxslər avqust 20-22-də Şəmkir şəhərində yerləşən 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.