REGİONLAR


Vergilər nazirinin müavini Hacıqabulda vətəndaşları qəbul edəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Vergilər nazirinin müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 15) Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 17-22-də Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.