REGİONLAR
Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
Bakı, 2 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuzda vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC –a bildirilib ki, görüşdə həmin rayondan olan vergiödəyiciləri ilə yanaşı, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa sakinləri də iştirak edə bilərlər.
Dekabrın 13-də nazir müavini Sahib Ələkbərov Astarada vətəndaşlarla görüşəcək. Qəbulda Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri öz problemlərini qaldıra biləcəklər.
Vergilər nazirinin müavini Mətin Eynullayev isə dekabrın 18-də Saatlı şəhərində Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarının sakinlərini qəbul edəcək.