İQTİSADİYYAT


“Vergilər.az” onlayn qəzetinin “Telegram”da rəsmi kanalı açılıb

Bakı, 6 aprel, AZƏRTAC 

"Vergilər.az" onlayn qəzeti "Telegram"da özünün t.me/vergileraz rəsmi kanalını açıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, kanalda vergi sistemində baş verən ən maraqlı və vacib xəbərlər, tədbirlər, müsahibələr, vergi qanunvericiliyinin izahı ilə bağlı materiallar yayımlanacaq. Sayt informasiya axınını tənzimləyən platformalardan istifadə etməklə vergilərə dair kontentlərin onu izləyənlərə daha çevik və rahat çatdırılmasını həyata keçirəcək.

"Vergiler.az"ın "Telegram" kanalı Azərbaycanın vergi sistemində baş verən hadisələr, yeniliklər barədə məlumatların əldə edilməsi üçün olduqca əlverişli platforma, media resursu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.