İQTİSADİYYAT
Vergiödəyiciləri bəyannamələrin təqdim olunma müddəti ilə bağlı məlumatlandırıb
Bakı, 17 may, AZƏRTAC
Dövlət Vergi Xidməti (DVX) vergiödəyicilərini bəyannamələrin təqdim olunma müddəti ilə bağlı məlumatlandırıb.
DVX-dən AZƏRTAC-a bildirilib ki, cari ilin aprel ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri mayın 20-dən gec olmayaraq təqdim olunmalıdır.
Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda, vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]