İQTİSADİYYAT


Vergiödəyicilərinin iştirakı ilə onlayn görüş keçiriləcək

Vergiödəyicilərinin iştirakı ilə onlayn görüş keçiriləcək

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergiödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən tədbirlər çərçivəsində ilkin olaraq 2022-ci yanvarın 18-də saat 15:00-da vergiödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 300 vergiödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulub.

Görüşdə iştirak etmək istəyən vergiödəyiciləri aşağıdakı linklər vasitəsi ilə yanvarın 18-də saat 14:30-a qədər görüşə yazıla bilərlər:

Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202

Telegram üzərindən yazılma üçün: t.me/xidmetbot

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.