İQTİSADİYYAT


Vergiödəyicilərinin ölkədən çıxışına qadağanı öyrənə biləcək yeni xidmət

Bakı, 23 fevral, AZƏRTAC

Vergilər Nazirliyi vergiödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib. Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, yaxud da şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir əməliyyatla vergiödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.