İQTİSADİYYAT


Vergiödəyicilərinin sayı 12,4 faiz artıb

Bakı, 11 yanvar, AZƏRTAC

2019-cu ilin yanvarın 1-nə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergiödəyicilərinin sayı 970.340-a çatıb.

AZƏRTAC Vergilər Nazirliyinə istinadla xəbər verir ki, 2018-ci il ərzində uçota alınmış 35.729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub. Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergiödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırıb və vergi uçotu ləğv edilmiş vergiödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergiödəyicilərinin 50,4 faizi regionların payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.