İQTİSADİYYAT


Vergiödəyicilərinin ümumi sayı 6,9 faiz artıb

Bakı, 9 avqust, AZƏRTAC

Bu ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 370 min 252 vergiödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,7 faiz (ümumi artımın 84,3 faizi), hüquqi şəxslərin sayı 8,9 faiz (ümumi artımın 15,7 faizi) artıb.

Yanvar-iyul ayları ərzində vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4 faiz olmaqla 0,2 faiz çoxalıb.

Kommersiya qurumlarının sayı 9,7 faiz artmaqla 154 min 379 vahid təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.