İQTİSADİYYAT


Vergiödəyicilərinin ümumi sayı 9,5 faiz artıb

Bakı, 23 oktyabr, AZƏRTAC

2021-ci il oktyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 301 min 903 vergiödəyicisinin 1 milyon 143 min 366-sı və ya 87,8 faizi fiziki şəxs, 158 min 537-si və ya 12,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 9,5 faiz artıb ki, bu artımın 91 faizi fiziki şəxslərin, 9 faizi hüquqi şəxslərin hesabınadır.

Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8 faiz).

Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və sair təşkilati-hüquqi formasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.