İQTİSADİYYAT


Vergiödəyicilərinin ümumi sayında 9,8 faiz artım olub

Bakı, 21 sentyabr, AZƏRTAC

2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 291 min 565 vergiödəyicisinin 87,8 faizi fiziki şəxs, 12,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 9,8 faiz artıb ki, bu artımın 91 faizi fiziki şəxslərin, 9 faizi hüquqi şəxslərin hesabınadır.

Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən (98,6 faiz) kommersiya qurumları hesabına baş verib.

Kommersiya hüquqi şəxslərin 88,4 faizi MMC, 1,5 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və sair formalarda yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.