İQTİSADİYYAT


Vergiödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatları ilə təminatı 2022-ci ilin sonunda başa çatacaq

Bakı, 14 fevral, AZƏRTAC

Vergiödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə təminatı 2022-ci ilin sonunda başa çatacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, kölgə iqtisadiyyatının azaldılması üçün nağd dövriyyələrə də nəzarət edilməsi məqsədilə 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb və artıq 17,1 faizi icra olunub.

Tam olaraq bütün vergiödəyicilərinin əhatə edilməsi isə 2022-ci il dekabrın 31-də başa çatacaq. Bu dövrədək vergi orqanları nağd əməliyyatları həyata keçirən bütün obyektləri, əsasən də pərakəndə ticarət və ictimai iaşə obyektlərini yeni nəsil NKA-lar ilə təmin etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.