Vergiödəyicisi fəaliyyət növünü dəyişdirmək üçün nə etməlidir?
AzerTAg.az
Bakı, 30 iyun, AZƏRTAC
Taksi xidməti göstərmək üçün VÖEN alan fiziki şəxs fəaliyyət növünü dəyişdirmək istəyirsə nə etməlidir?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxs fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğu vergi orqanının əhatə dairəsinə aid olan vergiödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim etməlidir.
Şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilər. Bu barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə etmək olar.

Xəbərin mətnində orfoqrafik səhv var