İQTİSADİYYAT


Vergiödəyicisi istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışına görə vergi ödəmir

Bakı, 19 avqust, AZƏRTAC 

Vergiödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən hansı vergi öhdəlikləri yaranır?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, vergiödəyicisi tərəfindən özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş gəlirlər (hasilatın həcmi) müvafiq olaraq gəlir vergisindən və sadələşdirilmiş vergidən azaddır.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların satışından əldə olunan gəlirdən (hasilatdan) vergiödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.