İQTİSADİYYAT


Vergiödəyicisi yeni bank hesabını necə aça bilər?

Bakı, 13 iyul, AZƏRTAC

Yeni bank hesabının açılması üçün vergiödəyicisi vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” ilə müraciət etməlidir. Vergi orqanı isə bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergiödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür. Bu barədə ətraflı məlumatı portalın “Xidmətlər” bölməsindən, eyni zamanda, İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə etmək mümkündür.

Həmçinin bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergiödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.