İQTİSADİYYAT


Vergiödəyicisinin sahibliyində olan əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə maliyyə sanksiyası tətbiq edilirmi?

Bakı, 28 aprel, AZƏRTAC

Vergiödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, vergiödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən, malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda həmin malların alıcısı olan vergiödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.