İDMAN


Verlyayn “Kampos”dan Formula 1-ə dəvəti nəzərdən keçirməyə hazırdır

Bakı, 22 oktyabr, AZƏRTAC 

Formula 1-in sabiq pilotu Paskal Verlyayn bildirib ki, o, 2021-ci ildə yeni komanda ilə Formula 1-ə qayıtmaq imkanını nəzərdən keçirməyə hazırdır. AZƏRTAC xəbər verir ki, daha əvvəl mətbuat Adrian Kamposun rəhbərliyi ilə Monakoda komanda yaradılması ehtimalı barədə yazıb.

“Autosport” Paskal Verlyaynın bu sözlərini sitat gətirib: “Əlbəttə, mən Adrian Kamposla tanışam. O, uzun illər “Mahindra”nın heyətində olub. Mən monakolu uşaqlarla tanışam. Onlar mənim menecmentimlə məşğul olurlar. 2021-ci ildə nə olacağını bilmirəm. Mən təkliflərə açığam. Aydın məsələdir ki, bu fürsətdən istifadə etmək mənim üçün xoş olardı.

2021-ci il mövsümü barədə düşünmürəm. Biz hələ heç 2020-ci il mövsümünə başlamamışıq. Hazırda bunun üzərində işləyirəm. Sonrasına baxarıq. Mən Formula E-də çıxışlardan razıyam.

Formula 1-də iki yaxşı ilim olub. Maraqlı təcrübə idi. Lakin bunu yürüşdəki qələbə hissi ilə müqayisə etmək olmaz. 2017-ci ildə İspaniyada səkkizinci yer və 2016-cı ildə Avstriyada 10-cu yer mənə yürüşlərdə qazandığım emosiyaları vermədi. Odur ki, prioritetləri düzgün qoymaq lazımdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.