İDMAN


Veronika Qudis: Əsas hədəfim “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır

Bakı, 17 sentyabr, AZƏRTAC

Topla proqramımı dəqiq icra etdim. Ancaq daha yaxşı çıxış edə bilərdim. İcra etdiyim elementlərdə bir az dəqiqlik çatmırdı.

Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında ölkəmizi təmsil edən Veronika Qudis AZƏRTAC-a müsahibəsində deyib.

Gimnast bildirib ki, doğma meydanda çıxış etməyin üstün cəhətləri var. Çünki azarkeşlər idmançılara fəal dəstək verərək onları uğurlu çıxış üçün həvəsləndirirlər. Üzərimdə məsuliyyət hiss edirəm. Çıxış etdiyimiz dünya çempionatı “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Əsas hədəfim dördilliyin zirvə yarışına vəsiqə qazanmaqdır.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020”yə lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.