SİYASƏT


“Vestnik Kavkaza”nın erməni jurnalisti Paşinyanın Njde barəsində ritorikası haqqında

Moskva, 17 fevral, AZƏRTAC 

Nikol Paşinyanın Almaniyaya səfəri onun Dağlıq Qarabağın tanınmamış statusunu təsdiq etmək səylərinə dayanan işğalçılıq ritorikasından kənara çıxmağa hazır olmadığını növbəti dəfə nümayiş etdirdi. Bu, hələ Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən əvvəl, Fridrix Ebert Fondunda xarici jurnalistlərlə söhbət əsnasında aydın oldu. Həmin görüşdə Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması səbəbləri və ölkədə nasistlərin əlaltısı olan Qaregin Njdenin qəhrəman kimi qələmə verilməsi barədə bir sıra etiraflar etdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Vestnik Kavkaza” informasiya agentliyinin jurnalisti Mamikon Babayan yazır. Məqalədə vurğulanır ki, Paşinyana sual verən jurnalistlər hazırkı baş nazirin 1988-1992-ci illərdə etnomilliyyətçi problemlərin eskalasiya dövründə erməni separatizmi ilə bağlı olmadığını qeyd ediblər. Həmçinin Ermənistanın bundan əvvəlki iki prezidentinin, özlərinin məhz “döyüş xidmətləri” sayəsində respublikanın müasir tarixinə düşən Robert Koçaryan və Serj Sarkisyanın fəal iştirak etdikləri Qarabağ müharibəsi dövründə baş verən hadisələrə Paşinyanın aidiyyəti olmadığı nəzərə çarpdırılır.

Müəllif vurğulayır ki, Paşinyandan sülhməramlı prosesə yeni siyasi doktrinanın əlavə edilməsini gözləyirdilər. Lakin jurnalistlərin suallarına cavab verərkən erməni baş nazir Azərbaycan tərəfinin ritorikasında boşluqlar axtarmağa üstünlük verdi.

“Qaregin Njdenin qəhrəman kimi qələmə verilməsi barədə suala erməni baş nazirin cavabı mərhələli danışıqlara nail olunması perspektivini tamamilə alt-üst etdi. Paşinyan Njdenin hitlerçilərlə əməkdaşlığı faktının əhəmiyyətini bilərəkdən əksildərək onun Birinci Dünya müharibəsi dövründəki fəaliyyətini qeyd etməyə üstünlük verdi. Paşinyan nasistlərlə əməkdaşlığı Azərbaycan mühacirətinin tanınmış xadimi Məhəmməd Əmin Rəsulzadəyə aid etdi. Bütövlükdə, erməni baş nazirin Qaregin Njdenin cinayətkarlığına münasibətdə ritorikası elə fikir yaratdı ki, nasistlərlə əlbirlik indiki Ermənistan üçün cinayət hesab edilmir”, - deyə M.Babayan yazır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.