“Vestnik” jurnalı Azərbaycanda aparılan sosial islahatlar barədə məqalə dərc edib
AzerTAg.az

Bakı, 7 fevral, AZƏRTAC
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının “Vestnik” jurnalı Azərbaycanda son illər aparılan sosial islahatlardan və onun uğurlarından bəhs edən məqalə dərc edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə ölkəmizin sosial müdafiə sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində atılan addımlar ətraflı şərh olunur.
Məqalədə, həmçinin Azərbaycanla digər ölkələr arasında sosial sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yeni sənədlərin imzalanması, ölkəmizin pensiya sistemindəki innovativ yeniliklər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qazandığı beynəlxalq mükafatlardan bəhs edilir.
Xəbərin mətnində orfoqrafik səhv var