REGİONLAR


Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsinə 907,4 min manat sərf edilib

Bakı, 24 avqust, AZƏRTAC

2019-cu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 907,4 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz az vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu vəsaitin 80 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 20 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 130,9 milyon ədəd balıq körpələrinin 127,8 milyon ədədi bitki ilə qidalanan balıqlar, 2,6 milyon ədədi çəkikimilər, 0,3 milyon ədədi nərəkimilər, 0,2 milyon ədədi qızıl balıqlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.