CƏMİYYƏT


Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin doğum günü ilə əlaqədar xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC

Martın 28-də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Vətən Müharibəsi Qəhrəmanı Yusifli Azər Nazim oğlunun doğum günü ilə əlaqədar xatirəsi anılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, şəhidimizin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində keçirilmiş anım mərasimində Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, önünə əklil qoyulub, ruhuna dualar oxunub.

Tədbir iştirakçıları tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderlik və sərkərdəlik məharətindən, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qazanılmış möhtəşəm qələbədən danışıb, döyüşlərin başladığı ilk gündən qəhrəman oğulların sərhədçi andına sadiq qalaraq şücaət və fədakarlıq nümayiş etdirdiklərini, qarşıya qoyulan döyüş tapşırıqlarını canları bahasına layiqincə yerinə yetirərək şəhidlik zirvəsinə yüksəldiklərini vurğulayıblar.

Vətən müharibəsində bizə qələbə sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı xüsusi qeyd edilib.

Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin uca tutulduğuna görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.